Əsas məzmuna keç

Zakir Əliyevin “kişilər üstün yaradılıb” fikri sosial şəbəkələrdə tənqid olundu

Əməkdar artist Zakir Əliyevin efirdəki sözləri birmənalı qarşılanmayıb.

“Tezadlar.az” xəbər verir ki, ifaçı “Qonaqcanlı” verilişindəki çıxışında kişilərin qadınlardan üstün olduğunu dilə gətirib. Əməkdar artistin bu sözləri sosial şəbəkələrdə müzakirələrə yol açıb və tənqid edilib.

“Kişinin səsi zil çıxmalıdır. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur. Xanımlar özləri bilməlidir ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Ona görə də evdə kişinin səsi zildən çıxmalıdır. Əgər o həqiqi kişidirsə”, – deyə Z.Əliyev qeyd edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…