Tezadlar.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində Zamin Zəkinin həbs müddətinin artırılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Prosesdə vəsatət təmin edilib və Zamin Zəkinin həbs müddəti oktyabrın 21-nə qədər uzadılıb.
Qeyd edək ki, Z.Zəki bu ilin mart ayında vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilərək saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.







