Əsas məzmuna keç

ZAUR NƏSİROV XANKƏNDİYƏ POLİS RƏİSİ TƏYİN EDİLİB

Xankəndi Şəhər Polis Şöbəsinə polis rəisi təyin edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Zaur Nəsirov Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunub. Təyinatla o həm də Xankəndi şəhərinin komendantı olub.

Zaur Nəsirov daha əvvəl Göygöl Rayon Polis Şöbəsinin rəisi olub və əslən Xankəndi şəhərindəndir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…