Əsas məzmuna keç

Zaxarova Zelenskini mülki obyektləri vurmaqda günahlandırdı: BUNLAR İSƏ RUSİYANIN ƏL İŞİDİR!

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova Zelenskini günahlandırmaqla, həm də hədələdi ki, bəs Ukrayna ordusu Rusiyanın istirahət düşərgəsini vurub, mülki obyektlərə zərbə endirilir və buna görə cavab verəcəklər və s. 

Tezadlar.az ötən gecə Rusiya ordusunun Xarkovda şəhərin mərkəzindəki evlərə necə gəldi raket zərbəsi endirməsinin foto-görüntülərini təqdim edir. Hansı ki, dağıdılmış evlər hərbi zavod deyil, dinc sakinlərin evidir.

Yəni, öz gözündə tiri görməməklə başqasının gözündə tük axtarmaq buna deyirlər…

Təəssüflər olsun ki, işğal davam edir!

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın