Russiya ilə Ukrayna arasındakı qanlı müharibənin yatırılması üçün artıq Türkiyə də sülh danışıqlarına qoşulub. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident Sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, tərəflər təkbətək görüşdən sonra heyətlərin toplantısına sədrlik edəcək. Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək. İki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Həmçinin Ukraynada son hadisələr və digər regional və qlobal məsələlər haqqında fikir mübadiləsi aparılacaq. Görüşlər başa çatdıqdan sonra müxtəlif sahələrdə sənədlər imzalanacaq.
Ekspertlər düşünür ki, bütün kompramist yollar sınaqdan çıxarılaraq sülhün əldə edilməsinə nail olunacaq. Təbii ki, çox şey Rusiyadan asılıdırsa, hər şey Trampdan asılıdır…
A.Məmmədli