2 İyul 2026 / 22:11

Zelenski: Putin müharibəni uduzur

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibə səbəbindən həm iqtisadi, həm də cəbhə xəttində problemlər yaşadığını bildirib və əlavə edib: “Putin müharibəni uduzur”.

Tezadlar.az xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, Zelenski Kiyevin Darnitski rayonunda Rusiya hücumları nəticəsində dağıdılmış mənzil binasının qarşısında jurnalistlərin suallarını cavablandırıb.

Zelenski Ukraynanın hava hücumundan müdafiə üçün daha çox raketə ehtiyacı olduğunu bildirib.

Rusiyanın bu gecə Kiyevə endirdiyi intensiv hava hücumlarına mütləq cavab verəcəklərini qeyd edən Zelenski: “Putin müharibəni uduzur” deyib.

Zelenski Rusiyanın həm cəbhə xəttində, həm də iqtisadi cəhətdən problemləri olduğunu iddia edərək deyib: “Rusiyanın Ukraynaya qarşı hücumlarını, xüsusən də ballistik raketlərlə daha da artıracağı açıq şəkildə görünür”.

Zelenski son zamanlar Rusiyanın qanunsuz olaraq işğal etdiyi Krımdakı neft və hərbi obyektlərə uğurlu hücumlar həyata keçirdiklərini və bu vəziyyətin Rusiya administrasiyasını narahat etdiyini bildirib.

Kiyevdə ölənlərin sayı 21-ə çatıb

Bu arada, Ukrayna Dövlət Təcili Yardım Xidmətinin (DSNS) sosial media hesabından verilən yazılı açıqlamada bildirilir ki, gecə saatlarında Rusiyanın Kiyevə hava hücumundan sonra axtarış-xilasetmə əməliyyatları davam edir.

Bəyanatda ölənlərin sayının 21-ə çatdığı və 2 uşaq da daxil olmaqla 85 nəfərin yaralandığı qeyd olunub.

3 iyul Kiyevdə “matəm günü” elan edilib

Kiyev meri Vitali Kliçko sosial media hesabında 3 iyul cümə günü hücumda ölənlərin xatirəsinə Kiyevdə matəm günü elan edildiyini açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiya ordusunun kruiz, ballistik və hipersəs raketlər də daxil olmaqla ümumilikdə 74 müxtəlif tipli raketdən istifadə etdiyini və ölkənin müxtəlif bölgələrinə, əsasən Kiyevə hücumlarında 496 dron atdığını, Ukrayna ordusunun isə 48 raket və 476 dron zərərsizləşdirdiyini bildirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!