ABŞ- ın bütün səyi Rusiya- Ukrayna danışıqlarında Türkiyəni kənarda qoymaqdır. Halbuki Türkiyə prezidenti ilk gündən bu iki düşmən edilmiş ölkənin arasında körpü rolunu oynayıb, etibar və etimad qazanıb. Amma nə fayda?!
Beləliklə, bu gün martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfərə yola düşüb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Zelenski artıq Səudiyyə Ərəbistanının Ciddə şəhərindədir.
Xatırladaq ki, sabah Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır. Daha əvvəl məlum olub ki, V.Zelenski bu danışıqlar ərəfəsində Səudiyyə Ərəbistanına səfər edəcək, lakin nümayəndə heyətlərinin görüşündə iştirak etməyəcək.