Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Ukrayna qüvvələri Qara dəniz akvatoriyasında Rusiyanın “kölgə donanması”nın iki tankerinə və dörd quru yük gəmisinə zərbələr endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat yayıb. “Qara dəniz akvatoriyasında “kölgə donanması”nın iki tankeri və dörd quru yük gəmisi vurulub”, – V.Zelenski bildirib. Zelenski, həmçinin Moskva regionundakı logistika obyektlərinə və neft bazasına yeni zərbələr endirildiyi barədə məlumat verib: “Pilotsuz Sistemlər Qüvvələrinin, kəşfiyyatın, raket qoşunları və artilleriyanın, eləcə də Xüsusi Əməliyyat Qüvvələrinin döyüşçülərinə təşəkkür edirəm. Sərhədimizdən hədəflərə qədər olan məsafə 400 kilometrdən çox təşkil edib”.