Əsas məzmuna keç

Zelenskinin xəbərdarlığından sonra Moskva hava limanlarında bir sıra reyslər ləğv edilib

Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın hava məkanının mülki aviasiya üçün təhlükəli olması ilə bağlı xəbərdarlığından sonra Moskvanın hava limanlarında reyslər dayandırılıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Moskvanın “Vnukov” və “Şeremetyev” hava limanlarında uçuşların məhdudlaşdırılması artıq ikinci gecədir davam edir. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Moskva vilayətindəki hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini təsdiqləyib. “Flightradar24” məlumatına görə, “Şeremetyev” hava limanında 21 reys ləğv edilib, 235 reys isə gecikib. “Vnukov” hava limanında isə 22 reys ləğv olunub, 94 reys gecikib. Bundan əvvəl Türkiyənin “Pegasus Airlines” aviaşirkəti də Rusiyaya bir neçə reysi “texniki və əməliyyat səbəbləri” ilə ləğv etdiyini açıqlayıb.

Qeyd edək ki, Zelenski daha əvvəl Ukrayna pilotsuz uçuş aparatlarının fəaliyyətinin Rusiyanın hava məkanında mülki aviasiya üçün riskləri artırdığını və aviaşirkətlərin bu təhlükəni nəzərə almalı olduğunu bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…