Əsas məzmuna keç

ZƏRƏRÇƏKMİŞ İŞ ADAMI BAŞ PROKUROR KAMRAN ƏLİYEVƏ AÇIQ MƏKTUB YAZDI- 5-Cİ DƏFƏ

Tezadlar.az 210050957 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs, sahibkar İsmayılov Ağasəf İslam oğlunun həmin müraciətini təqdim edir:

“Çox hörmətli Kamran müəllim! İnanıram ki, bu dəfəki müraciətim cavabsız qalmayacaq.

Bir daha diqqətinizə çatdırıram ki, məhkəmə çoxsaylı və eyni məzmunlu qərarlarla dəfələrlə istintaqa müdaxilə edirsə, müstəntiqin xidməti fəaliyyəti niyə ayrıca yoxlanılmır?

Xatırladıram ki, mən, İsmayılov Ağasəf İslam oğlu, 210050957 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq media vasitəsilə yenidən Azərbaycan Respublikasının Baş prokuroru kimi  Sizə müraciət edirəm. Bu müraciətimin məqsədi 210050957 nömrəli cinayət işinin növbəti dəfə Sabunçu Rayon Prokurorluğuna göndərilməsi orada yenidən eyni qaydada araşdırılması deyil. Mən konkret olaraq Sabunçu Rayon Prokurorluğunun müstəntiqi Fuad Babayevin bu cinayət işi üzrə xidməti fəaliyyətinin Baş Prokurorluq səviyyəsində ayrıca yoxlanılmasını onun məsuliyyəti üçün əsasların olub-olmamasına hüquqi qiymət verilməsini istəyirəm.

​Belə ki, bu Cinayət işi  30 mart 2022-ci il tarixdən Sabunçu rayon prokurorluğunun icraatındadır. Bu müddətdə müxtəlif prosessual qərarlar qəbul edilib, həmin qərarların bir qismi məhkəmələr tərəfindən ləğv olunub, ayrı-ayrı hallarda istintaq orqanının hərəkətsizliyi qanunsuz hesab edilib əlavə araşdırmanın aparılması tələb olunub.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06.07.2026-cı il tarixli, 6(3-6)-380/2026 saylı qərarınında da 210050957 nömrəli cinayət işi onunla əlaqədar müraciətlər üzrə əvvəlki məhkəmə qərarlarının geniş xronologiyası göstərilir. Mən məhkəmə qərarlarının mövcudluğunu müstəntiqin təqsirinin avtomatik sübutu kimit əqdim etmirəm. Məhkəmənin prosessual qərarı ləğv etməsi özlüyündə müstəntiqin intizam ya cinayət məsuliyyətini müəyyən etmir. Lakin məhz buna görə başqa bir mühüm sual yaranır: bu qədər məhkəmə müdaxiləsindən sonra müstəntiqin xidməti fəaliyyəti niyə ayrıca xidməti yoxlamanın predmeti olmasın?

Beləliklə, Baş Prokurorluqdan cavabını gözlədiyim suallar:

1. Müstəntiq Fuad Babayev tərəfindən 210050957 nömrəli cinayət işi üzrə qəbul edilmiş sonradan məhkəmələr tərəfindən ləğv olunmuş prosessual qərarlar Baş Prokurorluqs əviyyəsində təhlil edilibmi?

2. Həmin qərarların ləğv edilməsinə səbəb olmuş prosessual nöqsanların sonradan faktiki olaraq aradan qaldırılıb-qaldırılmadığı yoxlanılıbmı?

3. Məhkəmə tərəfindən göstərilmiş nöqsanların sonrakı istintaq mərhələlərində təkraro lunub-olunmadığı araşdırılıbmı?

4. Eyni cinayət işi üzrə məhkəmələrin dəfələrlə müdaxiləsi müstəntiqin xidməti fəaliyyətinin ayrıca yoxlanılması üçün kifayət qədər əsas hesab edilmirsə, bunun hüquqi səbəbi nədir?

5.Magna Trans” MMC-3 məxsus 34 ədəd avtobusla bağlı müraciətlər üzrə məhkəmə qərarlarından sonra hansı konkreti stintaq prosessual hərəkətlər aparılıb?

6. Həmin avtobusların kimə, vaxt hansı hüquqi əsasla verilməsi ya özgəninkiləşdirilməsi, bunun müqabilində ödənilmiş vəsaitlərin “Magna Trans” MMC- daxil olub-olmaması tam araşdırılıbmı?

7. Məhkəmə qərarlarında göstərilən nöqsanların aradan qaldırılması istiqamətində Fuad Babayev şəxsən hansı konkret tədbirləri həyata keçirib?

8. Məhkəmə qərarlarının icra vəziyyəti müstəntiqin xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınıbmı?

9. Eyni ya oxşar prosessual nöqsanların təkrar olunması xidməti icra intizamı baxımından araşdırılıbmı?

 ​10. Fuad Babayevin fəaliyyəti ilə bağlı indiyədək xidməti yoxlama aparılıbmı? Aparılıbsa, məhkəmə qərarları həmin yoxlamada ayrı-ayrılıqda araşdırılıbmı?

11. Aparılmayıbsa, çoxsaylı məhkəmə qərarlarının mövcudluğu fonunda ayrıca xidməti yoxlamanın aparılmamasının səbəbi nədir?

12. Barəsində şikayət etdiyim müstəntiqin fəaliyyətinin yoxlanılması barədə müraciətimin yenidən onun çalışdığı ya fəaliyyətinə bilavasitə nəzarət edən aşağı prokurorluq səviyyəsinə göndərilməsi problemin obyektiv araşdırılmasını necə təmin edə bilər?

​beləliklə, mən müstəntiqin əvvəlcədən cəzalandırılmasını deyil, fəaliyyətinin və hərəkətsizliyinin yoxlanılmasını tələb edirəm.

Mövqeyimin yanlış anlaşılmasını istəmirəm. Mən Baş Prokurorluqdan Fuad Babayev təqsirlidir, onu cəzalandırın tələbiniirəli sürmürəm. Mən tələb edirəm ki, 210050957 nömrəli cinayət işinin materialları götürülsün, bu üzrə qəbul edilmiş məhkəmə qərarları ilə müqayisə edilsin hər bir məhkəmə qərarında göstərilən nöqsanın sonradan necə aradan qaldırıldığı sənədlər əsasında yoxlanılsın. Əgər müstəntiq bütün məhkəmə qərarlarını lazımi qaydada icra edib, bütün zəruri istintaq hərəkətlərini həyata keçirib fəaliyyətində xidməti pozuntuya yol verməyibsə, bu nəticə əsaslandırılmış şəkildə iş üzrə zərərçəkmiş olaraq mənə bildirilsin. Əgər yoxlama nəticəsində xidməti intizamın, etik davranış qaydalarının ya qanunvericiliyin digər tələblərinin pozulması müəyyən edilərsə, onda qanunla nəzərdə tutulmuş tədbirlər görülsün.

​hörmətli Kamran müəllim, diqqətinizə çatdırım ki, Baş Prokurorluğun rəsmi məlumatında Xidməti araşdırmalar idarəsinin funksiyalarına prokurorluq işçilərinin icra əmək intizamının, etik davranış qaydalarının pozulması ilə əlaqədar xidməti yoxlamaların aparılması prokurorluq işçilərinin hüquqpozmaları barədə müraciətlərə baxılması daxil edilir. Eyni zamanda Prokurorluğun müraciətlərə baxılması barədə rəsmi məlumatında qanunazidd hərəkətindən ya hərəkətsizliyindən şikayət edilən orqana ya vəzifəli şəxsə həmin müraciətin baxılması üçün göndərilməsinə yol verilmədiyi göstərilir.

Cənab Baş prokuror,

Mənim tələbim konkret aydındır210050957 nömrəli cinayət işinin yenidən aşağı prokurorluq səviyyəsinə göndərilməsini deyil, müstəntiq Fuad Babayevin xidmətif əaliyyətinin Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi səviyyəsində ayrıca və obyektiv yoxlanılmasını istəyirəm:

Cinayət işinin materialları ilə məhkəmə qərarları qarşılaşdırılsın.

Məhkəmələrin göstərdiyi nöqsanların icra vəziyyəti müəyyən edilsin.

Təkrar prosessual pozuntuların olub-olmaması araşdırılsın.

34 avtobusla bağlı məhkəmə qərarlarından sonra görülmüş real istintaq tədbirləri müəyyənləşdirilsin nəhayət, bütün bunların nəticəsində müstəntiqin xidməti məsuliyyəti üçün əsasın olub-olmaması barədə hüquqi qiymət verilsin.

Mən məhkəmə qərarlarının qanunun tələb etdiyi obyektiv araşdırmanı istəyirəm. Ümid edirəm ki, redaksiya vasitəsilə etdiyim bu növbəti müraciətim yenidən formal şəkildə aşağı instansiyaya yönləndirilməyəcək, əksinə, zərərçəkmiş şəxs olduğum210050957 saylı cinayət işinin istintaqının aparılması ilə ilə bağlı Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin xidməti məsuliyyəti məsələsinə Baş Prokurorluq səviyyəsində araşdırılacaqdır.

Hörmətlə,
İsmayılov Ağasəf İslam oğlu, 

210050957 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs”.

REDAKSİYADAN: qeyd olunan müraciət Baş Prokurorluğun sosial media hesablarına, eləcə də elektron poçtuna göndərildi.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…