Əsas məzmuna keç

Zibillikdə tapılan “Cobalt”ın sirri açıldı

Sosial şəbəkələrdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisindəki zibillikdə aşkarlanan “Chevrolet Cobalt” avtomobillə bağlı yayılan məlumatları polis əməkdaşları araşdırıblar. 

Tezadlar.az-ın xəbərinə görə, araşdırmalarla nəqliyyat vasitəsinin sahibi müəyyən edilib.

Məlum olub ki, həmin avtomobil xuliqanlıq zəminində baş vermiş hadisədən sonra ərazidə saxlanılaraq tərk edilib.

Hazırda Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…