Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Zinəddin Zidan Fransa yığmasının baş məşqçisi postuna təyin edilib. Tərəflər arasında artıq uzunmüddətli anlaşma rəsmiləşdirilib.
Tezadlar.az xəbər verir ki, bu məlumatı tanınmış idman jurnalisti və insayder Fabrisio Romano özünün sosial şəbəkə hesabında paylaşıb.
Məlumata görə, hələ ötən ilin noyabrında əldə olunan şifahi razılaşma artıq kağız üzərində öz təsdiqini tapıb.
Bildirilir ki, bir çox klublar ötənlərin ulduz futbolçusunu öz sıralarına qatmaq istəsə də, fransalı mütəxəssis ölkəsinin millisində çalışmaq qərarını dəyişməyib.