14 minə yaxın insan işıqsız qalıb

Oxunma sayı: 440

Yaltada 14 minə yaxın abonent işıqsız qalıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a “Krımenerqo” Dövlət Unitar Müəssisəsindən məlumat verilib.

“Yaltada və şəhər rayonunun bir neçə yaşayış məntəqəsində 14 minə yaxın abonent şəbəkədən çıxarılıb”, – şirkətdən bildiriblər.

Krım Prokurorluğu elektrik enerjisinin verilişinin məhdudlaşdırılması ilə bağlı yoxlama təşkil edib.

Bundan əvvəl Krım Respublikasının yanacaq və energetika naziri Vladimir Voronkin Yaltanın və Massandra kəndinin 12 mindən çox sakininin işıqsız qaldığını bildirmişdi.

Onun sözlərinə görə, bağlanma Krım Respublikasının “Krımenerqo” Dövlət Unitar Müəssisəsinin şəbəkələrindəki texnoloji nasazlıq səbəbindən baş verib. Voronkin qeyd edib ki, təcili yardım briqadaları şəbəkələrdə bərpa işləri aparır.

E.ŞİRİNOV

Xəbəri paylaş

18 May