Əsas məzmuna keç

3,47 kq ağırlığında göbələk

İspartanın Yalvaç rayonunda təqaüdə çıxmış dövlət qulluqçusu və fermer Vural Turp bağçasını təmizləyərkən 3,47 kq ağırlığında göbələk tapıb.

Tezadlar.az xəbər verir ki, Bağkonak kəndində yaşayan Vural Turp bağçasında işləyərkən tapdığı nəhəng göbələyi çəkib. Puffball göbələyi kimi tanınan nəhəng göbələk 3,47 kq ağırlığında və 30 santimetr enində olub və bu, izləyənlərin diqqətini çəkib.

Vural Turp əvvəllər heç vaxt bu qədər böyük bir göbələk görmədiyini söyləyib.

Təbii mühitində böyüyən göbələk Rayon Kənd Təsərrüfatı və Meşəçilik Müdirliyinin qrupları tərəfindən müayinə üçün aparılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…