14 May 2022 / 20:26

46 MİNDƏN ÇOX “MODERNA” KORONAVİRUSA QARŞI PEYVƏNDİ MƏHV EDİLİB

Litvada 46 000-dən çox “Moderna” koronavirus peyvəndi utilizasiya edilib.

Bu barədə yerli milli radio LRT məlumat yayıb.

Qeyd olunur ki, bu addım preparatların istifadə müddətinin bitməsi ilə əlaqəli olaraq atılıb.

Bundan əvvəl Lİtvada aprel ayında 36,2 min, mayda isə daha 10,4 min doza peyvənd utilizasiya edilib. Bu ayın sonuna qədər təxminən 21,6 min doza peyvəndin istifadə müddəti bitəcək. Litvanın Səhiyyə Nazirliyi fəal şəkildə hələ ki istifadəyə yararlı vaksinləri ötürməyə ölkələr axtarır. Peyvəndin yenidən bölüşdürülməsi üçün beynəlxalq sistem oxşar müraciətlərin çoxluğundan onları qəbul edə bilmir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!