Əsas məzmuna keç

5 ildən sonra nüvə silahı ilə yeni dünya müharibəsi gözlənilir…

Avropa ölkələri və ABŞ sakinlərinin təxminən yarısı beş-on ildən sonra guya “yeni dünya müharibəsi”nin başlayacağına inanır; sorğuda iştirak edənlər belə bir münaqişədə nüvə silahından istifadəni istisna etməyiblər.

Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti YouGov sorğusunun məlumatlarına istinadən yazır.

“Beş Avropa ölkəsində – Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyada sorğuda iştirak edən respondentlərin 41%-dən 55%-ə qədəri yaxın 5-10 il ərzində yeni dünya müharibəsinin çox və ya kifayət qədər ehtimal olunacağına inandıqlarını bildiriblər. Bu nöqteyi-nəzəri amerikalıların 45%-i bölüşür”, – nəşr yazır.

Məsələn, ABŞ-da respondentlərin 45%-i, Böyük Britaniyada 41%-i, Fransada 55%-i bu fikirdədir.

Qeyd olunur ki, yuxarıda adı çəkilən Avropa ölkələri və ABŞ-da respondentlərin əksəriyyəti (68%-dən 76%-ə qədər) hesab edir ki, istənilən yeni münaqişə nüvə silahından istifadəni əhatə edəcək.

Sorğu YouGov tərəfindən 3-16 aprel tarixlərində keçirilib. Respondentlərin sayı verilmir. Nəşr də sosioloji araşdırmanın səhvləri barədə yazmır.

Bütün bunların fonunda Slovakiya parlamentinin vitse-prezidenti Tibor Qaspar bəyan edib ki, Avropa ölkələrini Rusiya Federasiyası ilə münaqişəyə cəlb etmək cəhdləri üçüncü dünya müharibəsinə gətirib çıxara bilər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…