Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Bakı Ağır Cinayətlər Məhkəməsində 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı təqsirləndirilənlərdən Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə baxış prosesi keçirilib.
Tezadlar.az xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən F. Məhərrəmov məhkəmədə ifadə vermək istəmədiyini bildirib:
“İstintaq zamanı ifadəmdə hər şey qeyd olunub. Özümü qismən təqsirli bilirəm. Mənə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 206.4-cü maddəsi ilə özümü ümumiyyətlə, təqsirli bilmirəm. Siqaretlərin ölkəyə necə gətirilməsi barədə məlumatım yoxdur. Siqaretləri limandan daşıyan maşın sürücüsünü tanımıram”.
Növbəti proses 19 iyun saat 16:00-a təyin olunub.
Xatırladaq ki, ittihamda Fariz Məhərrəmovun xaricdən qaçaq yollarla xüsusilə külli miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə təqsirləndirildiyi qeyd olunub. Bu cinayətdə o, dəstə üzvləri ilə birgə fəaliyyət göstərib, uzun müddət qaçaqmal siqaretlərin ölkənin müxtəlif ərazilərində satışı ilə məşğul olub.
Qeyd olunan əməlinə görə ona Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilsə, onu 10 ildən çox həbs cəzası gözləyir.
Faktla bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, gömrükçülər və başqa məsul şəxslər də həbs ediliblər.
5 iyun 2026-cı il tarixdə məhkəmənin qərarı ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov ev dustaqlığına buraxılıb.