Əsas məzmuna keç

60 yaşlı Salma Hayekdən cəsarətli paylaşım

Məşhur aktrisa, rejissor və prodüsser Salma Hayek 60 yaşını qeyri-adi şəkildə qeyd edib.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa çimərlik geyimi olmadan dənizə girib və həmin anları əks etdirən fotoları “Instagram” hesabında paylaşıb.

Fotolardan birində Hayek suda uzanaraq gülümsəyib, digərində isə kameraya dönük halda dənizə daxil olub.

“60 və minnətdaram”, – aktrisa paylaşımına yazıb.

Hayekin paylaşımı izləyicilərinin və məşhur dostlarının böyük marağına səbəb olub. Onu təbrik edənlər arasında Ell Fanninq, Marion Kotiyar, Lindsi Lohan və Olya Polyakova da yer alıb.

Aktrisanın 60 illik yubileyi başqa bir əlamətdar hadisəyə də təsadüf edib. Salma Hayek bu yaxınlarda ilk dəfə nənə olub. Onun ögey oğlu Fransua Pinonun oğlu dünyaya gəlib.  Hayek artıq nəvəsi ilə görüşüb və zarafatla onu “Pançito” adlandıracağını bildirib.

Сальма Хайек / © Instagram Сальмы Хайек

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…