“Uzak şehir” serialında “Alya” obrazını canlandıran türkiyəli aktrisa Sinem Ünsal 78-ci Kann Film Festivalına qatılıb.
TEZADLAR.AZ xəbər verir ki, aktrisa qırmızı xalçada dekolteli qara libasda şəkillər çəkdirib.

Xatırladaq ki, bir müddət əvvəl dünyaca məşhur olan Məşhur Kann Festivalının təşkilatçıları 78-ci dəfə keçiriləcək tədbirin dress-kod qaydalarına dəyişiklik etmişdilər. Təşkilatçılar bəyan etmişdilər ki, qonaqlara qırmızı xalçada açıq-saçıq paltar geyinmək qadağan edilib…
Qonaqlara xəbərdarlıq edilib ki, əgər onlar uyğun olmayan libaslar geyinsələr, tədbirə buraxılmayacaqlar. Onlar, həmçinin qırmızı xalçada və ya zalda hərəkətə mane ola biləcək uzun və həcmli paltarlar geyinməyi də qadağan ediblər.
Qeyd edək ki, kinofestival sabah start götürəcək və mayın 24-dək – 10 gün davam edəcək.
JASMİN







