Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şanlıurfanın Bozova rayonunda 85 yaşlı qadının oğlu tərəfindən ağacla döyüldüyü iddiası ilə saxlanılan şübhəli həbs olunub.
Tezadlar.az xəbər verir ki, İslim Yaprak Bozova rayonunun Türkmənören məhəlləsindəki evinin bağçasında oğlu İbrahim Yaprak tərəfindən ağac və yumruqla vəhşicəsinə döyülüb. Qan içində olan yaşlı qadın qonşuları tərəfindən Bozova Dövlət Xəstəxanasına aparılıb.
Yaşlı qadının sağlamlıq vəziyyətinin ciddi olduğu öyrənilib.
İsveçrədə həyat yoldaşını boğaraq öldürən və bu hadisəyə görə təxminən 15 il həbs cəzası alan və azadlığa çıxdıqdan sonra anası ilə birlikdə yaşamaq üçün 10 gün əvvəl Türkiyəyə gələn İbrahim Yaprak jandarma qrupları tərəfindən nəzarətə alınıb.
Bozova Rayon Jandarma Komandanlığındakı prosedurlardan sonra Yaprak məhkəməyə göndərilib və daha sonra həbs olunaraq həbsxanaya göndərilib.
ELBAR