12 May 2026 / 15:18

9-cu sinif şagirdi məktəbə pnevmatik silahla gəlib – iki şagird yaralanıb

Kubanda doqquzuncu sinif şagirdi məktəbə pnevmatik silah gətirərək iki şagirdi yaralayıb.

“Qulkeviçi rayonundan dəhşətli vəziyyət barədə məruzə edilib. Doqquzuncu sinif şagirdi məktəb binasına pnevmatik silah gətirərək iki şagirdi yaralayıb. Uşaqlar xəstəxanada dərhal bütün lazımi tibbi yardım alırlar”.

Bunu Rusiyanın Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev Telegram-da yazıb.

O, həkimlərin yaralıların vəziyyətini qənaətbəxş qiymətləndirdiyini dəqiqləşdirib.
Onun sözlərinə görə, RF regional Səhiyyə Nazirliyi məktəbin şagirdlərinə və valideynlərinə kömək etmək üçün psixoloqlar göndərib.
“İndi orta məktəb şagirdinin silahı necə gətirə bildiyini müəyyən etməliyik”, – deyə açıqlamada əlavə edilib.

Məktəb rəhbərliyi və təhlükəsizlik şirkəti ilə bağlı araşdırma aparılacaq. Regional Təhsil Nazirliyinin komissiyası artıq bölgəyə göndərilib.

Rusiya Federasiyasının Krasnodar diyarı üzrə İstintaq Komitəsi yeniyetmənin saxlanıldığını və xuliqanlıq maddəsi ilə cinayət işi açıldığını bildirir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!