Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Prezidenti Məsud Pezeşkian parlamentin plenar iclasında çıxış edərək hökumətin əsas prioritetlərini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Pezeşkian bildirib ki, hökumətin birinci məqsədi ölkənin sosial və iqtisadi problemlərini həll etmək olmalıdır.
Onun sözlərinə görə, parlament yaxın günlərdə vətəndaşların gündəlik qayğılarının müzakirəsi üçün ayrıca iclas keçirməyi planlaşdırır:
“Xalq aclıq içindədirsə, ölkəni idarə etmək mümkün deyil. Bu ilin büdcəsi elə hazırlanmalıdır ki, insanların rifahı əsas prioritetə çevrilsin. Vətəndaşa ləyaqətli həyat təmin etmədən digər məsələlərin heç biri mənalı deyil”.
Prezident həmçinin qeyd edib ki, ölkənin zəifləməsinə imkan verməyəcək və problemlərin həllində milli birliyə söykənəcək:
“Yalnız birləşmiş cəmiyyət çətinliklərin öhdəsindən gələ bilər”.