18 Noyabr 2025 / 07:47

FHN-nin “məşhur” polkovniki yenidən nazirlikdə vəzifəyə gətirilir?

Bir neçə il əvvəl Fövqəladə Hallar Nazirliyində generalın köməkçisi olaraq xidməti otağında çəkdiyi intim videoları yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyevin artıq azadlığa çıxması barədə dünən məlumat vermişdik. Tezadlar.az- a daxil olan məlumata görə, o, bəraət almaq üçün aidiyyəti üzrə hüquqi sənədləşmələrə start vermişdir. Məqsəd isə yenidən nazirlikdəki iş yerinə qayıtmaqla günahsız olduğunu sübut etməkdir. Mənbəə bildirir ki, hüquqi yanaşma ortada şikayətçi qadınlar olmadığını, eləcə də şəxsi həyatla bağlı eşq yaşamaq qaydalarına riayət edildiyini və s. nəzərə alan vəkili də bu işdə heç bir beynəlxalq qanunların və insan haqlarının pozulmadığını əsas gətirirlər. Bunlar isə onun bəraət almasına hüquqi əsas ola bilər…
XXX
Xatırlatma: Zaur Mirzəyev bir neçə ay əvvəl vaxtından tez cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, vəzifə səlahiyyətlərini aşma və nüfuz alveri cinayətləri ilə bağlı aldığı 3 il 3 aylıq həbs cəzasını günə-gün başa vurub. Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. Onun xidməti otağında bir neçə qadın əməkdaşla çəkilmiş intim videolar uzun müddət ölkə gündəminin əsas müzakirə mövzularından biri olmuşdu.
Məhkəmədə Zaur Mirzəyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!