18 Noyabr 2025 / 13:40

Böyük Britaniya üç ölkəyə viza verilməsini dayandıracaq, ona görə ki…

 Zamanla “qara siyahı”ya Hindistan, Pakistan, Nigeriya, Banqladeş, Somali və Qabon da əlavə edilə bilər…

Böyük Britaniya Anqola, Namibiya və Konqo Demokratik Respublikası sakinlərinə viza verilməsini dayandırmaq niyyətindədir. Bu barədə The Times qəzeti məlumat yayıb.

Qərar bu ölkələrin Böyük Britaniyaya qanunsuz daxil olan həmvətənlərini yenidən qəbul etməkdən imtina etməsi ilə bağlıdır. Qəzetin məlumatına görə, söhbət 4000 miqrantdan gedir.

İlk olaraq, Britaniya hakimiyyəti diplomatlar üçün sürətli viza hüququnu ləğv etmək niyyətindədir. Növbəti mərhələdə məhdudiyyətlər bütün vətəndaşlara şamil edilə bilər.

Qəzet əlavə edib ki, gələcəkdə “qara siyahı”ya Hindistan, Pakistan, Nigeriya, Banqladeş, Somali və Qabon da əlavə edilə bilər.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!