19 Noyabr 2025 / 22:39

Belarus Sərhəd Xidməti Litva ilə sərhədi açmağa hazırdır

Litva Belarusa iki keçid məntəqəsinin açılması barədə məlumat verib

Litva Belarusa ortaq sərhədlərində iki keçid məntəqəsinin açılması barədə məlumat verib.

Tezadlar.az xəbər verir ki, müvafiq bildiriş Belarus Dövlət Sərhəd Komitəsinə bu gün daxil olub.

“20 noyabr Cümə axşamı günü, Minsk vaxtı ilə saat 1:00-dan etibarən Litva hakimiyyəti Kamennı Loq-Medininkay və Benyakoni-Şalçininkay sərhəd keçid məntəqələrini açmağı planlaşdırır”, – deyə agentlik qeyd edib.

Dövlət Sərhəd Komitəsi Belarus Sərhəd Xidmətinin Belarus-Litva sərhədi boyunca vətəndaşların və nəqliyyat vasitələrinin keçidini bərpa etməyə tam hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, Litva siqaret qaçaqmalçılığı üçün istifadə edilən hava şarları ilə bağlı hadisələri əsas gətirərək oktyabrın 29-da Belarusla yol hərəkətini tamamilə bağlamışdı. 1 noyabrda Belarus Dövlət Gömrük Komitəsi yol sərhədinin bağlanması səbəbindən ölkədə təxminən 5000 Litva yük maşınının tıxandığını bildirib.

Noyabrın 8-də Litvanın Belarus mallarının dəmir yolu ilə daşınmasını qadağan etməyi düşündüyü bildirildi. Eyni zamanda, Belarus Xarici İşlər Nazirliyi Litvanın mövcud vəziyyətə görə məsuliyyəti Belarus tərəfinə ötürməklə daşıyıcılarını çaşdırdığını bildirdi.

Noyabrın 10-da Belarus Prezidenti Aleksandr Lukaşenko respublikada qalmış Litva yük maşınlarının müsadirəsinə icazə verdi. Noyabrın 19-da Litvanın nəhayət Belarusla sərhəd keçidini açacağı elan edildi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!