Əsas məzmuna keç

Lukaşenko: Zelenski Qərbin korrupsiya təzyiqi ilə postunu itirə bilər

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada baş verən korrupsiya qalmaqalı fonunda Qərbin Ukrayna Prezidenti Volodimir Zelenskini hakimiyyətdən kənarlaşdıra biləcəyini iddia edib.

Tezadlar.az xəbər verir ki, Lukaşenko bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) yayımladığı materiallara münasibət bildirərkən deyib.

Lukaşenko bildirib ki, qalmaqal Kiyev hakimiyyətini Avropa İttifaqı və ABŞ qarşısında daha həssas duruma salıb:

“İndi onları xaricdən, okeanın o tayından daha çox idarə etməyə başlayıblar ki, “bunu kənarlaşdır, o birini də uzaqlaşdır”. Amma nəticədə səni də kənara ata bilərlər”.

Xatırladaq ki, Ukraynadakı korrupsiya qalmaqalı fonunda NABU prezidentə yaxın iş adamı, “Zelenskinin pul kisəsi” kimi tanınan Timur Mindiçə enerji sektorunda korrupsiya ittihamı irəli sürüb. Bildirilib ki, Mindiç axtarışlar başlamazdan əvvəl ölkədən qaçıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…