21 Noyabr 2025 / 08:32

Britaniya Ordusu Rusiya gəmisi “Yantar”ı izləmək niyyətindədir

Britaniya Müdafiə üzrə Dövlət Katibinin müavini Alistair Karnes 20 noyabrda nazirliyin Rusiyanın okeanoqrafik gəmisi “Yantar”ı izləmək niyyətində olduğunu açıqlayıb.

Tezadlar.az-ın məlumatına görə, “RİA Novosti” onun sözlərinə istinadən bildirib ki, “Gəminin öz missiyasını maneəsiz və izləmədən yerinə yetirə bilməyəcəyinə əmin olacağıq”.

19 noyabrda Rusiyanın Böyük Britaniyadakı səfirliyi Böyük Britaniyanın müdafiə naziri Con Heylinin “Yantar”dan gələn təhdidlə bağlı iddialarını əsassız adlandırıb.

Daha əvvəl Con Heyli iddia etmişdi ki, “Yantar”ın (gəmi Qərbdə tez-tez “casus gəmisi” adlandırılır) heyəti Şotlandiyanın şimalında gəmini izləyən RAF pilotlarına lazer şüaları tuşlayıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!