Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

FTX-nin Krasnodar diyarı üzrə İdarəsinin əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə Krasnodarda dəmir yolu relslərinin xüsusi hərbi əməliyyat zonasına hərbi texnika və silahların daşınmasını pozmaq üçün planlaşdırılan bombalanmasının qarşısını alıblar.
Tezadlar.az bildirir ki, bu barədə Krasnodar diyarı üzrə FTX İdarəsi jurnalistlərə məlumat verib.
“FTX-nin Krasnodar diyarı üzrə İdarəsi Krasnodarda Ukrayna xüsusi xidmət orqanlarının regional nəqliyyat infrastrukturu obyektində dəmir yolu relslərini xüsusi hərbi əməliyyat zonasına hərbi texnika və silahların daşınmasını pozmaq məqsədilə əldəqayırma partlayıcı qurğu ilə partlatmaqla planlaşdırdığı terror aktının qarşısını alıb”, – deyə agentlik açıqlamasında bildirib.
Terror aktını planlaşdıran şəxs Kuban bölgəsində yaşayan Ukrayna vətəndaşıdır. O, saxlanılıb və cinayət işi açılıb.
“Krasnodar diyarında yaşayan Ukrayna vətəndaşının qadağan olunmuş sosial şəbəkə vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı tərəfindən terror aktı törətməyi tapşırdığı müəyyən edilib. Şübhəlinin qanunsuz fəaliyyəti regional FTX İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək qarşısı alınıb. Krasnodar diyarı üzrə FTX İdarəsinin İstintaq İdarəsi bu şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 205-ci maddəsinin 1-ci hissəsi (terror aktı törətməyə hazırlıq) və 222.1-ci maddəsinin 3-cü hissəsinin “c” bəndi (internetdən istifadə edərək partlayıcı qurğunun qanunsuz əldə edilməsi) ilə cinayət işi açıb və araşdırır”, – agentliyin açıqlamasında deyilir.
E.ŞİRİNOV