22 Noyabr 2025 / 22:33

Tramp Ukrayna üçün “28 bəndlik sülh sazişi”nin son təklif olmadığını bəyan etdi

Nəhayət, ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişə bu və ya digər şəkildə həll olunmalıdır. Tezadlar.az xəbər verir ki, Tramp hazırda müzakirə olunan sülh planının Ukrayna üçün son təklif olmnadığını deyib. Mətbuat konfransı zamanı jurnalistlərdən birinin Zelenskinin onun sülh planını qəbul etməyəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı sualına Tramp: “Onda bacardığı qədər mübarizə aparmağa davam edə bilər” – deyə cavab verib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!