25 Noyabr 2025 / 14:01

“Apple” Hindistanı böyük cərimələrlə hədələyir – səbəbkar Rusiyadır

Hindistanın pərakəndə satıcıları Rusiyaya “Apple” məhsullarını satdıqlarına görə böyük cərimələr ilə üzləş bilərlər.

Tezadlar.az  xəbər verir ki, cihaz alışdan sonrakı 90 gün ərzində xarici SİM kartla aktivləşdirilərsə, mağaza cərimə ilə üzləşəcək, baxmayaraq ki, həmin məbləğ göstərilməyib.

Qeyd edək ki, texnologiya nəhəngi adətən pərakəndə satıcıları bu cür şeylər barədə birbaşa xəbərdar etmir, lakin bu dəfə şirkət Hindistanın MoneyControl nəşrinin yazdığına görə, “daha aqressiv mövqe tutub”. Əgər mağazanın bu cür sxemlərlə məşğul olduğu aşkarlanarsa, Kaliforniya şirkətinin məhsullarını satmaq üçün rəsmi lisenziyası ləğv ediləcək.

Nəşr vurğulayır ki, “Apple” məhsulları Hindistana bütün elektronika ixracatının təxminən 40 faizini, “boz bazar” ixracatının isə 5 faizini təşkil edir ki, bunun da yarısı Rusiyaya gedir.

Məhdudiyyətlər əsasən ən son iPhone 17 modelinə təsir göstərir, çünki şirkət məhsullarının Apple-ın rəsmi olaraq fəaliyyət göstərmədiyi ölkələrə ixracını məhdudlaşdırmağa çalışır.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!