25 Noyabr 2025 / 15:06

Özbəkistanda quraqlığa görə məscidlərdə yağış namazı qılınacaq

Cümə günü Özbəkistandakı məscidlərdə yağış namazı qılınacaq.

Tezadlar.az   xəbər verir ki, Özbəkistan Respublikasının Müsəlmanlar İdarəsi noyabrın 28-də  cümə namazından sonra bütün məscidlərdə kollektiv şəkilldə  “Əl-istisqa” (yağış duası) namazı qılınacağını açıqlayıb.

Məlumatda qeyd olunur ki, bu, payızın yağmursuz keçməsi, qarşıdakı günlərdə yağıntı gözlənilməməsi və yağışın bərəkət və bolluq rəmzi hesab edilməsi ilə bağlıdır.

Bundan əlavə, vilayətlərin, rayonların və şəhərlərin mərkəzi məscidlərində, eləcə də ziyarətgahlarda mal-qara qurbanlıqları kəsiləcək və ət ehtiyacı olan ailələrə, yetimlərə və tənha insanlara paylanacaq.

İxtisaslaşmış islam ali və orta təhsil müəssisələrində müəllimlər və tələbələr cümə namazından əvvəl “Səhih əl-Buxari” hədis toplusunu oxuyacaqlar.

“Tarix kitablarında qeyd olunur ki, quraqlıq zamanı İmam Buxarinin “Səhih”i oxunanda Allahın izni ilə yağış yağırdı”- məlumatda vurğulanıb .

Qurum, həmçinin Ümrə ziyarətinə gedən zəvvarlara “Əl -istisqa” namazını qılmağı da tövsiyə edib.

 

JASMİN

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!