Gürcüstanın Mərkəzi Polis İdarəsinin Acara Şöbəsi və Baş Prokurorluğun əməkdaşları İnterpolun qırmızı xətti ilə axtarılan Türkiyə Respublikası vətəndaşı E.D-nı Kobuletidə saxlayıblar. Tezadlar.az Gürcüstan DİN-nə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, 1991-ci il təvəllüdlü E.D 2025-ci ilin 17 oktyabr tarixindən Türkiyədə törətdiyi qəsdən adam öldürmə və bədənə xəsarət yetirmə cinayətlərinə görə axtarışa verilib.
Hazırda, həbs edilən şəxsin üzərində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.







