28 Noyabr 2025 / 10:17

AYNA əməkdaşları niyə maneəni köməkçi deyil, baş yola qoyub?- FOTO-VİDEO

…AYNA-nın daha bir qanunsuz və əsassız hərəkəti barədə sürücülərdən şikayət var. Belə ki, şəkildə gördüyünüz ərazi Xətai rayon Prokurorluğunun yerləşdiyi küçədir. Burada hərdən avtoqəzalar olur, çünki M.Mehdizadə və A.Cəlilovdan sola və ya sağa gələrək köməkçi yol olan Fəzail Bayramovdan baş yola- Sabit Orucov küçəsinə keçənlər əsas yolla köməkçi yolun fərqini bilmədiklərindən baş yolda hərəkət edən avtomobillərin üstünə çıxırlar… Və sonda avtoqəzalar qaçılmaz olur.

İndi nə baş verir: AYNA- nın baş yolla köməkçi yolun fərqini bilməyən əməkdaşları da köməkçi yola deyil, baş(əsas) yola maneə yerləşdiriblər. Beləliklə, indi AYNA əməkdaşları “Yol hərəkəti haqqında” qanunun tələblərinə zidd olaraq əsas yolda hərəkət edən sürücülərin, təcili yardımın və s. hərəkətini məhdudlaşdırmaqla ciddi problemə yol açmışlar.

https://www.facebook.com/100002726276553/videos/pcb.24509340968740105/1379246594103267

İnanırıq ki, bu problemə qısa vaxtda düzəliş veriləcək. Çünki indi köməkçi yoldan keçən sürücülər çaş- baş qalıblar ki, əgər əsas yola maneə qoyulubsa, deməli, hərəkət üstünlüyü də onlardadır… Bu isə qəzalara birbaşa şərait yaratmaq deməkdir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!