Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Prezident Aparatının rəhbəri Andrey Yermak istefa verib.
Tezadlar.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu video müraciətində açıqlayıb.
“İstəyirəm ki, Ukrayna ilə bağlı heç kimin sualı olmasın. Buna görə də bu gün aşağıdakı daxili qərarlar qəbul ediləcək. Əvvəlcə Ukrayna Prezidenti Aparatının yenidən qurulması olacaq. Aparatın rəhbəri Andrey Yermak istefa ərizəsi verib”, – deyə Zelenski qeyd edib.
Prezident danışıqlarda Ukraynanın mövqeyini həmişə olduğu kimi təqdim etdiyinə görə Yermaka təşəkkürünü bildirib.
“Bu, həmişə vətənpərvər mövqe olub. Amma mən istəyirəm ki, heç bir şayiə və ya fərziyyə olmasın. Aparatın yeni rəhbəri ilə bağlı sabah bu quruma rəhbərlik etməyə layiq olanlarla məsləhətləşmələr aparacağam”, – deyə Zelenski əlavə edib.
E.ŞİRİNOV