29 Noyabr 2025 / 10:12

Rusiya bölgələri üzərində 103 Ukrayna PUA-sı vurulub

Bunlardan 26-sı Belqorod vilayəti üzərində ələ keçirilib və məhv edilib

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiya bölgələri və Azov dənizi üzərində 103 Ukrayna PUA-sını ələ keçirib və məhv edib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Ötən gecə ərzində hava hücumundan müdafiə siqnalizasiya sistemləri 103 Ukrayna sabit qanadlı pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib: Belqorod vilayəti üzərində 26 PUA, Rostov vilayəti üzərində 20 PUA, Krım Respublikası üzərində 19 PUA, Ryazan vilayəti və Krasnodar diyarı üzərində hər biri 11 PUA, Voronej vilayəti üzərində 5 PUA, Lipetsk vilayəti üzərində 4 PUA, Kursk vilayəti üzərində 3 PUA və Həştərxan vilayəti, Volqoqrad vilayəti, Kalmıkiya Respublikası və Azov dənizi üzərində hər biri 1 PUA”, – Müdafiə Nazirliyi bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!