Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Silahlı Qüvvələri Donetsk Xalq Respublikasındakı Krasnoarmeysk (Ukrayna adı: Pokrovsk) və Xarkov vilayətindəki Volçansk şəhərlərini azad edib.
Tezadlar.az bildirir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu barədə Ali Baş Komandan və Rusiya prezidenti Vladimir Putinə məlumat verib.
“Ordu generalı Gerasimov Ali Baş Komandana Donetsk Xalq Respublikasındakı Krasnoarmeysk və Xarkov vilayətindəki Volçansk şəhərlərinin azad edilməsi, eləcə də qoşunların digər ərazilərdəki hücum əməliyyatlarının nəticələri barədə məlumat verib”, – deyə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Bundan əlavə, “Mərkəz” qrupunun komandiri Valeri Solodçuk Rusiya qoşunlarının Dimitrov şəhərinin cənub hissəsini işğal etdiyini bildirib.
E.ŞİRİNOV