2 Dekabr 2025 / 10:09

XHƏ zonasında təşəbbüs tamamilə Rusiya döyüşçülərinin əlindədir – Putin

1 dekabrda Rusiya prezidenti Vladimir Putin Birgə Qüvvələr Qrupunun komandanlıq məntəqəsinə baş çəkərək Rusiya qoşunlarının xüsusi hərbi əməliyyat zonasında təşəbbüsü tam ələ keçirdiyini qeyd edib.

“Bütün döyüş təmas xətti boyunca təşəbbüs tamamilə Silahlı Qüvvələrimizin əlindədir. Və bu gün biz işimizi davam etdirəcəyik. Qruplarımızın məsuliyyət sahələrindəki vəziyyəti daha ətraflı müzakirə edəcəyik”, – Tezadlar.az xəbər verir ki, Putin bildirib.

O qeyd edib ki, diqqət “Cənub” və “Qərb” qruplarının məsuliyyət sahələrinə, eləcə də Kupyansk və Seversk bölgəsindəki vəziyyətə yönəlib.

Bundan əlavə, 1 dekabrda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Putinə iki mühüm şəhərin – DXR-dəki Krasnoarmeysk və Xarkov vilayətindəki Vovçansk şəhərlərinin azad edilməsi barədə məlumat verib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!