Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moskva taksisində gənc qadına qarşı cinsi təcavüzlə bağlı istintaq başa çatıb.
Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskva İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, sürücü gənc Moskva sakininə qarşı zorakı cinsi hərəkətlər etməkdə ittiham olunur.
“Məhkəmə onun məhkəməyəqədər həbs qətimkan tədbiri seçib”, – məlumatda deyilir.
Müstəntiqlərin sözlərinə görə, hadisə 4 noyabr axşamı baş verib. Şahidlərin olmamasından istifadə edən şübhəli 18 yaşlı qıza qarşı zorakı cinsi hərəkətlər edib və sonra hadisə yerindən qaçıb. Zərərçəkmiş dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.
İstintaq zamanı lazımi müayinələr və istintaq tədbirləri aparılıb. Toplanan sübutlar təqsirləndirilən şəxsin günahını tam təsdiqləyib.
Təsdiqlənmiş ittiham aktı ilə cinayət işi məhkəməyə göndərilib.
E.ŞİRİNOV