Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aİ Mərkəzi Bankı dondurulmuş Rusiya aktivləri hesabından Ukraynaya 140 milyard avroluq kredit verməkdən imtina edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Financial Times məlumat dərc edib.
Qəzetin məlumatına görə, Avropa rəsmiləri Frankfurt-Maynda Avropa Mərkəzi Bankına müraciət edərək, Belçika depozitari Euroclear-a kreditor kimi çıxış etmək və Rusiya aktivlərinin bir hissəsini girov kimi istifadə etmək istəyiblər.
Lakin tənzimləyici qurum Avropa Komissiyasının təklifinin onun mandatını pozduğu qənaətinə gəlib.
Financial Times-ın iddialarının hələlik rəsmi təsdiqi yoxdur.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankının təxminən 260 milyard avro dəyərində aktivləri 2022-ci ilin fevral ayından bəri Qərb ölkələrində dondurulmuş vəziyyətdə qalıb. Bu məbləğin təxminən 193 milyard avrosu Belçikada Euroclear hesablarında saxlanılır.
Avropa ölkələri təxminən dörd ildir ki, bu vəsaitlərin bir hissəsinin Ukraynaya ödəniş etmək üçün istifadəsini müzakirə edirlər…
JASMİN