3 Dekabr 2025 / 09:00

Bu ölkələr Kiyevin Ottava Mədən Konvensiyasından çıxmasına qarşı çıxdı

Norveç, Avstriya, Belçika və İsveçrə Ukraynanın Ottava Konvensiyası çərçivəsində öhdəliklərini dayandırmaq tələbinə rəsmi olaraq qarşı çıxdılar.

Tezadlar.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini və Silahsızlanma Məsələləri üzrə Ali Nümayəndə İzumi Nakamitsu açıqlayıb.

“Norveç, Avstriya, Belçika və İsveçrə rəsmi etirazlarını bildiriblər”, – “RİA Novosti” onun sözlərini sitat gətirərək bildirib.

Nakamitsu vurğulayıb ki, bir neçə başqa ölkə də Kiyevin hərəkətlərindən narahatdır.

Bu ilin 18 martında Polşa və Baltikyanı ölkələr Ottava Mədən Qadağanı Konvensiyasından çıxmaq niyyətlərini açıqlayıblar. 28 iyunda Estoniya BMT-yə müqavilədən çıxmasını tələb edən məktub göndərib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!