Əsas məzmuna keç

Almaniya Rusiya sərhədinə qırıcı təyyarələr yerləşdirib

Bundesver özünün Eurofighter təyyarələrini və 150 ​​əsgərini Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddən 80 kilometr aralıda yerləşən Malborkdakı Polşa hərbi aerodromuna köçürüb.

Tezadlar.az bildirir ki, bu barədə Almaniyanın RND nəşri məlumat verib.

“Bir neçə Eurofighter təyyarəsi Nörveniç Hava Bazasından Malborkdakı Polşa hərbi aerodromuna uçub”, – nəşr Almaniya Hərbi Hava Qüvvələrinin məlumatlarına istinadən yazıb.

Təyyarə ilə yanaşı, alman pilotları, texnikləri, logistika mütəxəssisləri, təhlükəsizlik işçiləri və hərbi polis Malborka göndərilib. Onların martın əvvəlinə qədər Polşada qalması gözlənilir.

Alman Hərbi Hava Qüvvələrinin baş müfəttişi Holger Neumanın sözlərinə görə, bu missiya avqust ayından bəri Rumıniyada yerləşən Almaniyanın sürətli reaksiya eskadrilyasına əlavədir.

“Beləliklə, qonşumuz Polşaya və bütövlükdə NATO-ya daha bir güclü dəstək siqnalı göndəririk”. – Neumann bildirib.

RND qeyd edib ki, Almaniyanın müdafiə naziri Boris Pistorius oktyabr ayında Polşaya qırıcı təyyarələr göndərmək planlarını açıqlayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…