5 Dekabr 2025 / 11:30

“Zelenskinin təyyarəsinə dörd hərbi dron hücum etməyə cəhd edib”

Daha bir qalmaqal: 1 dekabrda Dublin hava limanına eniş zamanı Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsinə dörd naməlum hərbi təyinatlı dronun hücum etməyə çalışdığı iddia olunur. Tezadlar.az Haber- Türk- ə istinadla bildirir ki, bu barədə məlumatı İrlandiya mediası yayıb. Mediaya görə, hücum uğursuz olub, çünki təyyarə planlaşdırılandan bir neçə dəqiqə əvvəl eniş edib və dronlar hədəfə çata bilməyib. Hadisə ilə bağlı İrlandiya polisi araşdırmaya başlayıb. Təhlükəsizlik xidmətlərinin ilkin məlumatına əsasən, dronlar Dublin şəhərinin şimal-şərq istiqamətindən buraxılıb. Hazırda dronları kimin idarə etdiyi və onların harada olduğu məlum deyil. Polisin hesabatında bildirilib: “İrlandiyanın təhlükəsizlik xidmətləri müəyyən edib ki, Dublin hava limanı yaxınlığında aşkarlanan dronlar iri ölçülü, bahalı və hərbi təyinatlıdır. Hadisə hibrid hücum kimi qiymətləndirilə bilər.”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!