5 Dekabr 2025 / 20:25

Rusiya və Hindistan çoxqütblü dünya qurmaq üçün çalışırlar – Putin

Putinin Hindistana səfəri münasibətilə Prezident Sarayında qəbul keçirilir

Rusiya və Hindistan ədalətli, çoxqütblü dünya qurmaq üçün əl-ələ verirlər.

Tezadlar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu Hindistan prezidentinin təşkil etdiyi təntənəli qəbul zamanı açıqlayıb.

“Rusiya və Hindistanın ədalətli, çoxqütblü dünya nizamı qurmaq üçün əl-ələ verməsi heç də az vacib deyil”, – dövlət başçısı bildirib.

Putin əlavə edib ki, dünya nizamı BMT-nin mərkəzi roluna və qlobal birliyin bütün iştirakçıları arasında balanslaşdırılmış maraqlar balansına əsaslanmalıdır.

Dövlət başçısı əldə edilən razılaşmaların Rusiya ilə Hindistan arasında münasibətlərin inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə əminliyini ifadə edib.

“Bilirəm ki, Hindistanda “Birlikdə gedirik, birlikdə böyüyürük” deyirlər. Bu sözlər Rusiya-Hindistan münasibətlərinin ruhunu, xarakterini və ənənələrini çox dəqiq əks etdirir”, – deyə o vurğulayıb.

Prezident qeyd edib ki, hər iki ölkə xalqlarının rifahı naminə strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün əlindən gələni etmək niyyətindədir.

Daha əvvəl, Putin Rusiya ilə Hindistan arasında münasibətlərin dərin olduğunu və iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndiyini bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!