Rusiya hava hücumundan müdafiə sistemləri beş saat ərzində Rusiya bölgələri və Qara dəniz üzərində 17 Ukrayna PUA-sını məhv edib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Moskva vaxtı ilə saat 18:00-dan 23:00-dək növbətçi hava hücumundan müdafiə sistemləri 17 Ukrayna stasionar qanadlı pilotsuz uçuş aparatını məhv edib: Rostov vilayəti üzərində yeddi, Belqorod və Voronej vilayətləri üzərində dörd, Bryansk vilayəti və Qara dəniz üzərində isə bir PUA”, – deyə Müdafiə Nazirliyi bildirib.
E.ŞİRİNOV







