8 Dekabr 2025 / 10:35

SƏN KİMSƏN?!- Bəxtiyar Vahabzadə

…”Təzadlar” yetənə pis deyib gözdən salanlara ustad şairin aşağıdakı şeirini bir daha oxumağı məsləhət bilir:
Bəxtiyar Vahabzadə
SƏN KİMSƏN?!
Babək söy köküylə bizdən deyilmiş,
Xətai islamı ikiyə bölmüş,
Fətəli Allahsız, Vaqif baz idi,
Filankəs azacıq qumarbaz idi…
Gecəli gündüzlü Hadi dəm idi,
O əyyaş, bu fərsiz, o bigam idi,
Biri qərəzkardır, biri xəsisdir,
Bu ondan yaxşıdır, o bundan pisdir…
Natəvan beləydi, Həcər eləydi,
Böyüklər önündə o bir köləydi,
Rəhmət də demirik, amma bir kərə,
Milləti ucaldan rəhmətlilərə…
Bir deyən yoxmudur, pəki SƏN KİMSƏN?!
Danış, bu Millətə nə gətirmisən?!
Sən böhtan atdığın bu böyüklərin,
Yüzdə biri qədər nə iş görmüsən?!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!