8 Dekabr 2025 / 20:29

7,6 bal gücündə zəlzələ: sunami xəbərdarlığı elan edildi

Yaponiya sahillərində 7,6 bal gücündə zəlzələ baş verib və sunami təhlükəsi elan edilib. Tezadlar.az xəbər verir ki, məlumatı Reuters yayıb. Yaponiya Meteorologiya Agentliyi ölkənin şimal-şərq sahillərində sunaminin 3–4 metr hündürlüyündə ola biləcəyini bildirib. Agentlik zəlzələnin saat 23:15-də baş verdiyini və hələlik xəsarət alanlar və dağıntılar barədə məlumatın olmadığını qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!