10 Dekabr 2025 / 09:21

Yaponiya Çinə görə Ryukyu adalarının müdafiəsini gücləndirir – “Bloomberg”

Yaponiya son 40 ildə yenidən ən böyük silahlanmaya başlayıb və Ryukyu adaları zəncirini Çindən gələn potensial təhlükəyə qarşı müdafiə xəttinə çevirib.

Tezadlar.az bildirir ki, bu barədə “Bloomberg” məlumat verib.

Tayvana ən yaxın olan Yonaguni də daxil olmaqla, adalarda raket sistemləri, elektron müharibə sistemləri və yeni hərbi qarnizonlar yerləşdirilir.

Diqqət Tayvandan 110 kilometr məsafədə yerləşən və elektron müharibə bölməsinin yaradıldığı və zenit raketlərinin planlaşdırıldığı Yonaguni adasına yönəlib.

Ekspertlər hesab edirlər ki, münaqişə baş verərsə, bu, adanı müşahidə məntəqəsindən müdafiənin əsas elementinə çevirəcək, eyni zamanda onu əsas hədəfə çevirəcək.

Yaponiya və Çin arasındakı münasibətlər Yaponiyanın Baş naziri Sanae Takaiçi Tayvanla bağlı vəziyyətə görə təhdid edildiyi təqdirdə hərbi gücdən istifadə edilə biləcəyini bildirdikdən sonra pisləşib. Çin bunu daxili işlərinə müdaxilə kimi qəbul edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!