13 Dekabr 2025 / 10:01

12 namizədin mübarizəsi nəticəsində Salihi BMT-nin qaçqınlar üzrə ali komissarı seçildi

İraqın keçmiş prezidenti Bərham Salih BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib.

Xəbər verdiyimiz kimi, Bərham Salih  Cenevrədə keçirilən seçkilərdə 12 namizəd mübarizə aparıb.

Tezadlar.az xəbər verir ki, Salih bu postda italiyalı Filippo Qrandini əvəzləyib. O, vəzifəsinin icrasına yanvarın 1-də başlayacaq.

Bərham Salihin seçilməsini BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı da təsdiqləməlidir.

1960-cı ildə anadan olmuş Bəhram Salih Londonda mühəndislik təhsili alıb. O, 2018-2022-ci illərdə İraq Respublikasının prezidenti olub.

Daha əvvəl bildirilmişdi ki,  Quterreş Salehin BMT-nin qaçqınlar üzrə ali komissarı vəzifəsinə beşillik müddətə – 1 yanvar 2026-cı ildən 31 dekabr 2030-cu ilədək gətirilməsini istəyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!