Dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi Avropa İttifaqı (Aİ) ilə Rusiya arasında münaqişə elanı olardı.
Tezadlar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bunu Zoltan Kovaçın sosial media platformasında paylaşdığı açıqlamada bildirib.
“Rusiya aktivlərinin manipulyasiyası, Rusiya aktivlərinin müsadirə edilməsi müharibə elanı olardı”, – deyə Orban xəbərdarlıq edib.
Belə bir addımın nəticələrini müzakirə edərkən o, hər hansı bir ölkəyə məxsus yüz milyardlarla avronun müsadirəsinin heç vaxt cavabsız qalmadığını vurğulayıb.
E.ŞİRİNOV







