Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya və İsrail nümayəndələri Qüdsdəki Aleksandr Kompleksinin Rusiya tərəfinə verilməsi ilə bağlı əlaqə saxlayırlar.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
Mənbə bildirib ki, Qüdsdəki Aleksandr Kompleksi Rusiyaya verilə bilər: iki tərəf bu məsələ ilə bağlı dialoq aparır.
Onun sözlərinə görə, İsrail hakimiyyəti buna hadisələrin inkişafının “əlverişli siyasi məqamında” razılıq verə bilər.
Xatırladaq ki, Qüdsün Köhnə Şəhərindəki Aleksandr Kompleksinin tikildiyi torpaq II Aleksandr tərəfindən 1859-cu ildə satın alınıb. Üzərindəki binalar 1896-cı ildə İmperator Pravoslav Fələstin Cəmiyyəti tərəfindən inşa edilib. Lakin 1917-ci il inqilabından sonra bu torpağın mülkiyyəti mübahisəli hala gəlib. Rusiya Prezidenti Vladimir Putinin o vaxtkı İsrailin Baş naziri Naftali Bennetə müraciətindən sonra Qüds Rayon Məhkəməsi məsələnin yalnız hökumət tərəfindən nəzərdən keçirilməli və məhkəmənin bu işdə heç bir rolu olmadığı barədə qərar qəbul edib.